“İnter” yeniyetmələr arasında Çempionlar Liqasından iştirak etməyəcək.

Bu barədə,  klubun rəsmi saytında məlumat verilib. İtalyanlar koronavirus epidemiyasından ehtiyatlanaraq futbolçuların  sağlamlığı ilə bağlı risk etməməyi qərara alıb. Xatırladaq ki, “İnter”in yeniyetmələrdən ibarət komandası martın 11-də Fransanın “Renn” klubu ilə qarşılaşmalı idi. “İnter”in əsas komandası isə Avropa Liqasında “Xetafe” klubunu Milanda qəbul edəcək və  oyun azarkeşsiz keçiriləcək.